"Baku Bus" avtobusu Nardaran yolunda obyektə çırpıldı - AÇIQLAMA

Maştağadan Nardaran istiqamətinə hərəkət edən "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu qəza törədib.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Qəza zamanı avtobus yol kənarındakı mağazaya çırpılıb.
Hadisə ilə bağlı "BakuBus" MMC-dən BAKU.WS-ə bildirilib ki, ötən gecə saat 23:20 radələrində "BakuBus" MMC-nin istismarında olan 189 nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-926 dövlət qeydiyyat nişanlı avtobus Maştağa qəsəbəsi, Nizami küçəsində yol nəqliyyat hadisəsinə uğrayıb:
"Ilkin ehtimala görə nəqliyyat vasitəsini idarə edən sürücü Babayev Haşım ürək tutması ilə əlaqədar idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yolun kənarında yerləşən marketə çırpılıb.
Hadisə nəticəsində sürücü müxtəlif dərəcəli xəsarətlər alıb və dərhal tibbi yardım göstərilməsi üçün xəstəxanaya yerləşdirilib. Sərnişinlər arasında xəsarət alan olmayıb.
Məsələ ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır".
Orxan Hüseyn
***08:39
Maştağa qəsəbəsində "Baku Bus" MMC-yə məxsus marşrut avtobusu qəza törədib.
BAKU.WS APA-ya istinadən məlumat verir ki, hadisəyə səbəb sürücünün sükan arxasında infarkt keçirməsi olub.
Qeyd edək ki, avtobus depoya getdiyi üçün boş olub.
Hadisə zamanı xəsarət alan olmayıb.

Oxşar xəbərlər
Hotel otağında dəhşətli hadisə: Azərbaycanda gənc qız sevgilisi tərəfindən pəncərədən atıldı
Qadın hotel otağında görüşdüyü sevgilisi tərəfindən pəncərədən atılıb. Belə ki, Bahar quru təmizləmə müəssisəsində işləyirdi. O, Rizvanla metroda tanış olur, da...