“Baklift-2”nin sabiq rəisi barəsində YENİ XƏBƏR
Yeniliklərdən dərhal xəbərdar olun
“Baklift-2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Aslanov Üzeyir Şüeyib oğlu barəsində cinayət işi açılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Ü. Aslanov külli miqdarda mənimsəmədə təqsirli bilinir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) ittihamı verilib.
Ü. Aslanov barəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan cinayət işinin ibtidai istintaqı başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Telman Hüseynovun icraatına verilib.
Qeyd edək ki, bundan əvvəl “Bakı Lift Təmir-2» İstehsalat Birliyinin sabiq rəisi Ruslan Dilanov, “Lifttəmir” İstehsalat Birliyində (İB) müxtəlif vəzifələrdə çalışmış Əhməd Hüseynov və “Baklift-1” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Taryel Qasımovun barələrində cinayət işi açılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Oxşar xəbərlər
Bakıda daha bir vəzifəli şəxs saxlanıldı - Külli miqdarda vəsaiti mənimsəyib
"Lifttəmir" İstehsalat Birliyində (İB) olan yeyinti faktları ilə bağlı daha bir nəfərə cinayət işi başlanıb. BAKU.WS-in APA-ya istinadən məlumatına görə, İstehs...