Bakının mərkəzində qəza: Avtomobil aşdı
23
yan
2025
10:00
Bu gün səhər saatlarında paytaxtın Mirzəağa Əliyev və Bülbül küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Hadisə zamanı iki nəqliyyat vasitəsi toqquşub, nəticədə avtomobillərdən biri aşaraq tərsinə çevrilib.
Qəzanın baş vermə səbəbləri hələlik tam dəqiqləşdirilməyib.
Xəsarət alanlar və ya digər təfərrüatlar barədə məlumat yoxdur.
Oxşar xəbərlər
Bərdədə minik avtomobili eşşək arabasına çırpılıb, ölən var
Bərdə rayonunda minik avtomobili eşşək arabasına çırpılıb, ölən var. BAKU.WS report-a istinadən xəbər verir ki, hadisə Kələntərli kəndində qeydə alınıb. Belə ki...