Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil peyda oldu

Bakının mərkəzində dövlət nömrə nişanı olmayan avtomobil peyda oldu
Video
Hadisə 126

Paytaxtın mərkəzi küçəsində ikinəfərlik elektrik avtomobili ilə hərəkət edən vətəndaş sürücülərin diqqətini cəlb edib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir iki, bu barədə videogörüntü paylaşılıb.

Qeyd olunub ki, hərəkətin intensiv hərəkət etdiyi Rəşid Behbudov küçəsində vətəndaşlardan biri "Renault Twizy" markalı, dövlət nömrə nişanı olmayan elektrik avtomobili ilə hərəkət edib. O, hərəkətini həm avtobus, həm də ümumi nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqlarla davam etdirib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, mövcud qanunvericilikdə yüngül kvadrisikl və kvadrisikl mexaniki nəqliyyat vasitəsi hesab olunur və bu tip nəqliyyat vasitələri dövlət qeydiyyatına alınır.

"Bununla yanaşı sözügedən nəqliyyat vasitələrinin idarə edilməsi üçün müvafiq kateqoriyalı sürücülük vəsiqəsi də tələb olunur. Yol hərəkəti qaydalarını pozan sürücülər barəsində də qanuna müvafiq tədbirlər görülür", - deyə T.Nəsirli bildirib.

Son xəbərlər