Bakının mərkəzində avtomobildə meyit tapıldı

Bakının mərkəzində avtomobildə meyit tapıldı
Hadisə 300

Dünən axşam saatlarında paytaxtın mərkəzində park halında olan avtomobildən meyit tapılıb.

BAKU.WS Teleqraf-a istinadən xəbər verir ki, hadisə saat 19 radələrində Z.Yusufzadə küçəsi 19-un qarşısında baş verib. "Avto Azərbaycan" MMC-yə məxsus "KİA" markalı 77 AC 218 dövlət qeydiyyat nişanlı avtomobildən kişi meyiti tapılıb.

Ölən şəxsin Bakı şəhər sakini 1959-cu il təvəllüdlü B.Həmidov olması müəyyən edilib.

İlkin məlumata görə, sürücü avtomobildə infarct keçirərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər