Bakıdan rayona qonaq gedən 32 yaşlı kişi öldürüldü - Qayınatası tutuldu

Şəmkir rayonunda baş verən qətl hadisəsində təqsirləndirilən şəxs saxlanılıb.
Şəmkir Rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, sentyabrın 5-də saat 23 radələrində rayonun Sarıtəpə kəndi ərazisində 1993-cü il təvəllüdlü Tural Abdullayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı 1968-ci il təvəllüdlü Sənan Əsgərovun yaşadığı evdə aralarında yaranmış mübahisə zamanı kürəkəni, Bakı şəhər sakini Tural Abdullayevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Sənan Əsgərov iş üzrə şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.
***09:40
Şəmkirdə qətl törədilib.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sarıtəpə kəndində 1993-cü il təvəllüdlü Tural Abdullayev aldığı bıçaq xəsarətindən vəfat edib.
Hadisəni törətməkdə şübhəli bilinən T.Abdullayevin qayınatası 1968-ci il təvəllüdlü Sənan Əsgərov saxlanılıb.
Bildirilib ki, hadisədən əvvəl T. Abdullayev Bakıdan rayona qonaq gedib və münaqişə də bu zaman baş verib.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Bakıda DƏHŞƏT! - Yük maşını körpüdən aşaraq avtomobillərin üzərinə düşdü - Ölənlər var
Paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi ərazisində ağır yol-nəqliyyat qəzası baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğınd...
