Bakıdan Kürdəmirə qonaq gələn gənci avtomobil vurub
Yeniliklərdən dərhal xəbərdar olun
Kürdəmirdə sürücü piyadanı vuraraq hadisə yerindən qaçıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Bakıdan kəndə qonaq gələn 2006-cı il təvəllüdlü Əhmədov Kənan Qulam oğlu yolu keçmək istəyərkən onu hələlik markası məlum olmayan avtomobil vurub.
Ağır bədən xəsarəti alan Kənan Əhmədov ətrafdakı insanların köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Hazırda polis əməkdaşları hadisə yerindən qaçan sürücünün tapılması istiqamətində axtarışlar həyata keçirirlər.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda gənc qız özünü hərəkətdə olan avtomobildən yola atdı
Kürdəmir rayonunda sürücü ilə mübahisə edən 21 yaşlı qız özünü hərəkətdə olan avtomobildən yola atıb. BAKU.WS "Report”a istinadla xəbər verir ki, hadisə Ağsu-Kü...