Bakıdakı tuneldə AVTOMOBİL YANIB
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının əsas tunellərinin birində avtomobil yanıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb.
Hadisə Nəsimi rayonunda 3-cü mikrorayon dairəsi yaxınlığındakı tuneldə baş verib.
Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən fakt təsdiqlənib.
Qeyd edilib ki, nazirliyin "112" qaynar telefon xəttinə avtomobildə yanğının baş verməsi ilə bağlı məlumat daxil olub.
"Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlər tərəfindən "Mazda" markalı avtomobildə baş vermiş yanğın ətraf ərazilərə yayılmadan qısa müddətdə söndürülüb", - deyə məlumatda bildirilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....