Bakıda zəncirvarı qəza baş verdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb.
Günel Məmmədli idarə etdiyi "Chevrolet" markalı nəqliyyat vasitəsini "Toyota" və "Lexus" markalı avtomobillərə çırpıb. "Toyota"nın sürücüsü Raqub Heydərov bildirib ki, avtomobili ilə işıqforun qırmızı işığında dayanıbmış.
Bu zaman G.Məmmədli yüksək sürətlə idarə etdiyi avtomobillə onun avtomobilini, daha sonra "Lexus" markalı avtomobili əzib.
Faktla bağlı əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Bakıda dəhşətli qəza, sərnişin avtomobilin pəncərəsindən yerə düşdü - FOTO
Bakıda sərxoş sürücü işıqforun qırmızı işığından keçdiyindən onun idarə etdiyi nəqliyyat vasitəsi 3 avtomobilə çırpılıb, 3 nəfər xəsarət alıb.BAKU.WS-in "Report...