Bakıda zəncirvari QƏZA: 7 avtomobil toqquşdu
01
sen
2025
08:44
Paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisənin səbəbinin yola dağılan maşın yağının olması ehtimal edilir.
Hadisə zamanı 7 avtomobil toqquşub sürücülər və avtomobildə olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə ilə əlaqədar yolda ciddi tıxac yaranıb. Əraziyə dərhal polis və təcili yardım əməkdaşları cəlb olunub.
Faktla bağlı araşadırma aparılır.
Qalereya
Oxşar xəbərlər
Vəzifələrinə qayıtmaq üçün vəkil tutdular, pullarından da oldular
Vətəndaşların etibarından sui-istifadə etməklə dələduzluq törətməkdə təqsirləndirilən vəkil Cavidan Osmanlının barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa...