Bakıda zəncirvari qəza - 5 avtomobil əzildi, xəsarət alanlar var - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Səbail rayonunda beş avtomobil toqquşub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Səməd Vurğun və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
Hadisə zamanı "VAZ 2115" markalı nəqliyyat vasitəsi "Maserati" markalı avtomobilə çırpılıb. Zərbənin gücündən "Maserati" Nicat Cəfərova məxsus "Jeep"ə, daha sonra "Chrysler" və "Hyundai"a dəyib.
Qəza nəticəsində 2001-ci il təvəllüdlü Mehbalıyev Kənan Ramiz oğlu və 1984-cü il təvəllüdlü Xryaşkin Aleksey İqoroviç müxtəlif dərəcəli bədən xəsarətləri alaraq 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Xəstəxanın növbətçi həkiminin verdiyi məlumata görə, K.Mehbalıyevin vəziyyəti ağırdır. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, "VAZ 2115" markalı avtomobil yol ayrıcını işıqforun qırmızı işığında keçib.
Əraziyə Səbail Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Oxşar xəbərlər
"Galendewagen" ilə qəza törədən sürücünün həbsdən görüntüləri - VİDEO
Mart ayının 29-u paytaxtın Səməd Vurğun küçəsi ilə, Üzeyir Hacıbəyov küçələrinin kəsişməsində svetoforun qırmızı işıqda hərəkət edərək yolayrıcında qəza törədən...