Bakıda zəncirvari ağır yol qəzası baş verib, xəsarət alan var - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Zabrat-Balaxanı yolunun kəsişməsində qeydə alınıb.
Belə ki, zəncirvari qəza "Tofaş", "Khazar", "Mercedes" və "KIA" markalı minik avtomobillərinin iştirakı ilə baş verib.
Hadisə nəticəsində "Tofaş" yararsız vəziyyətə düşüb.
Qəzada sözügedən minik avtomobilinin sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.
Əraziyə polis əməkdaşları cəlb edilib. Qəza səbəbindən Zabrat yolunda uzun tıxac yaranıb.
Hadisənin təfərrüatı araşdırılır.
Oxşar xəbərlər
Bakıda “Land Rover” sürücüsü qəza törətdi, sərnişini döydü - FOTO
Bakının Sabunçu rayonunda yol qəzası zamanı sürücü xəsarət alıb, sərnişin döyülüb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Bakının Sabunçu rayonunun Zab...