Bakıda yüksək sürətlə hərəkət edən avtomobil işıqforu aşırıb - FOTO

Bakıda yüksək sürətlə hərəkət edən avtomobil işıqforu aşırıb - FOTO
Foto
Hadisə 2

Bakının Xətai rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəza Neapol küçəsində qeydə alınıb.

Belə ki, yüksək sürətlə hərəkət edərək idarəetməni itirən "Hyundai" markalı minik avtomobilinin sürücüsü maşını işıqfora çırpıb.

Piyada səkisinin üzərinə çıxan avtomobil işıqforu yerindən qoparıb. Nəticədə avtomobilə ciddi ziyan dəyib.

Şahidlərin bildirdiyinə görə, sürücü hadisədən sonra qəza yerini tərk edib.

Yol infrastrukturuna ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər