Bakıda yolu keçən qızı maşın vurub kənara atdı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda bir müddət əvvəl baş vermiş piyadavurma hadisəsi kameraya düşüb.
BAKU.WS avtosfer.az-a istinadla xəbər verir ki, magistral yolda, günün qaranlıq vaxtında yolu keçən piyada maşın gələn istiqamətə deyil, əks tərəfə baxır. Eyni zamanda sürücü də piyadanı gec görür. Nəticədə qəza baş verir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, bir çox hallarda piyada məsuliyyətsizliyi qəzalara səbəb olur:
"Piyadalar yolu düzgün yerdən keçmir, eyni zamanda yolu keçmə qaydalarına da riayət etmirlər. Həmçinin sürücülər də sükan arxasında diqqətsiz olurlar. Nəticədə qəzalar baş verir".
Vaqif Əsədov bildirib ki, piyadavurma hadisələri yol polisini ciddi şəkildə narahat edir:
"Təbliğatı çoxaltmaq, hər gün bundan danışmaq lazımdır. Düşünürəm ki, mətbuat da bu istiqamətdə yol polisinə dəstək olmalıdır".
Oxşar xəbərlər
Bakıda piyada keçidində DƏHŞƏTLİ QƏZA - VİDEO +18
Bakıda nizamlanmayan piyada keçidindən qaçaraq keçən kişini avtomobil vurub. BAKU.WS “avtosfer.az”a istinadən xəbər verir ki, hadisə bir müddət əvvəl baş verib....