Bakıda yeddi yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı

Bakıda yeddi yaşlı uşağı bıçaqlayan şəxs saxlanıldı
Hadisə 177

Paytaxtın Sabunçu rayonunda azyaşlıya bıçaq xəsarəti yetirən 14 yaşlı B.M saxlanılıb.

BAKU.WS xəbər verir ki, DİN-dən APA-ya verilən məlumata görə, Sabunçu RPİ 12-ci PB əməkdaşları tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. 2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Arturoviç 14 yaşlı yeniyetmə tərəfindən çağırılıb. Daha sonra yeniyetmə uşağın arxa kürək nahiyəsindən bıçaq xəsarəti yetirib. Yaralı valideynləri tərəfindən Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər