Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

Bakıda yaşayış binasında yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
Hadisə 127

Bakı şəhərinin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 50 m² olan mənzilin mətbəxində 1 ədəd soyuducu və mebel 0,5 m² sahədə yanıb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 10 m² sahədə əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Oxşar xəbərlər

Bakıda yaşayış binasında yanğın olub - Zərərçəkən var

Bakıda yaşayış binasında yanğın olub - Zərərçəkən var

Bakıda yaşayış binasında yanğın hadisəsi olub. BAKU.WS Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 2...

87 Hadisə 22:40 02 mart 2021

Son xəbərlər