Bakıda yaşayış binasında yanğın - Ölən var
01
mar
2022
09:13
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Suraxanı rayonunda dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan mənzildə ev əşyaları 5 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1967-ci il təvəllüdlü Dadaşov Mahir Ayaz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Oxşar xəbərlər
Məcburi köçkünlərin məskunlaşdığı sanatoriyada güclü yanğın - YENİLƏNİB
Fövqəladə Hallar Nazirliyi Sumqayıtda baş verən yanğın hadisəsi ilə bağlı açıqlama yayıb. FHN-in Mətbuat xidməti BAKU.WS-ə bildirib ki, Sumqayıt şəhərində məcbu...