Bakıda yaşayış binasında elektrik "şiti" partlayıb, sakinlər təxliyə edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda yaşayış binasında yanğın təhlükəsi yaranıb.
BAKU.WS-in "qaynar xətti"nə daxil olan məlumata görə, hadisə S.S.Axundov küçəsi, bina 4, blok 36 ünvanında qeydə alınıb. Bildirilir ki, elektrik şiti yüklənmədən yanıb və partlayıb. Nəticədə güclü tüstülənmə və yanğın təhlükəsi yaranıb.
Hadisə zamanı sakinlər təxliyə olunmaqda çətinlik çəkiblər. Yalnız Fövqəladə Hallar Nazirliyinin əməkdaşları əraziyə gəldikdən sonra vəziyyət nəzarətə alınıb.
Sakinlərin sözlərinə görə, şitdə əlavə müdaxilələrə görə yüklənmə olub və bu səbəbdən partlayış baş verib. Onlar bildiriblər ki, daha əvvəl də oxşar problem yaşanıb, lakin şikayətlərə baxılmayıb.
Sakinlər aidiyyəti qurumlardan məsələyə diqqət ayırmağı, normal elektrik şiti quraşdırmağı və əlavə qoşulmaların qarşısını almağı tələb edirlər.
Qalereya
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....