Bakıda yanğınsöndürən maşın su quyusuna ilişib qaldı - FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) xidməti avtomobilinin arxa təkərləri çuxura düşüb.
Bu barədə görüntülər BAKU.WS-ə daxil olub.
Bildirilib ki, hadisə Köhnə Günəşli ərazisində qeydə alınıb.
Sözügedən halla bağlı FHN-in mətbuat xidməti ilə əlaqə saxladıq.
Qurumdan bildirildi ki, görüntü FHN-in yanğından mühafizə qüvvələrinin dünən keçirilmiş taktiki məşğələsi zamanı qeydə alınıb:
“Belə ki, məşğələ keçirilən ərazidəki su hovuzunun üzəri müvafiq normalara uyğun olmayaraq, kustar üsulla bağlandığından hovuzu örtən təbəqə manevr edən yanğınsöndürən avtomobilin ağırlığına dözməyərək çöküb və nəticədə avtomobilin arxa təkərləri hovuza düşüb”.
Hadisə ilə bağlı video və fotoları təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
