Bakıda yağışlı havada ağır qəzaların ANBAAN VİDEOSU
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ara məsafəsinin düzgün saxlanmaması yol qəzalara səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədə məlumat və görüntü Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən paylaşılıb.
"Yağışlı havalarda qaydalara daha ciddi əməl edilməlidir. Əks halda qəzalar baş verir. Xüsusilə də yük avtomobillərinin iştirakı ilə qeydə alınan qəzaların təhlili göstərir ki, hadisələrin baş verməsinə əsas səbəb düzgün ara məsafəsinin saxlanılmaması və sürüşmə riskini nəzərə almadan nəqliyyat vasitəsinin sürətlə idarə edilməsidir. Bu cür havalarda sürücülər sürət həddini minimuma endirməli, ara məsafəsini normadan çox saxlamalı, bütün diqqətlərini hərəkət istiqamətinə yönəltməlidir", deyə paylaşımda bildirilib.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....