Bakıda xanım sürücü avtomobillə mağazaya girdi - FOTO
09
iyl
2021
23:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Binəqədi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Şövkət Məmmədova və Süleyman Sani Axundov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, “KİA” markalı nəqliyyat vasitəsini idarə edən xanım sürücü sükan arxasında yuxulayıb.
Sükana nəzarətin itirilməsi avtomobilin yoldan çıxmasına səbəb olub.
Nəqliyyat vasitəsi inşaat malları mağazasına çırpılıb.
Nəticədə sürücü xəsarət alıb.
Hadisə yerinə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Vilayət Eyvazov müstəntiqi CƏZALANDIRDI - Bacı-qardaşın ölüm səbəbini ört-basdır edirmiş
Ötən ilin iyul ayında avtomobil qəzası nəticəsində iki övladını itirən Sabirabad rayonu Nərimankənd kəndinin sakini Usubova Məlahət Yəhya qızı və həyat yoldaşı...