Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs həbs olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.
DİN-dən BAKU.WS-ə bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub.
Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib.
H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
Oxşar xəbərlər
Şəhid ailəsinə qarşı dələduzluq edən şəxs saxlanılıb
Tovuzda şəhid ailəsinə qarşı dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Tovuz rayonunda vət...