Bakıda vətəndaşlara hörmətsizlik edən sürücünün avtomobili duracağa yerləşdirildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Paytaxt ərazisində cəmiyyətə açıq hörmətsizlik edən 99-RU-039 dövlət qeydiyyat nişanlı “Tofaş” markalı avtomobil Səbail RPİ DYPŞ tərəfindən müəyyən olunaraq duracağa yerləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, avtomobil idarə etmək üçün müvafiq hüququ olmayan sürücü Nihad Hüseynov aktiv koronavirus xəstəsidir.
N.Hüseynov aidiyyəti üzrə təhvil verilib.
Səbail RPİ-də Cinayət Məcəlləsinin 139-1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Oxşar xəbərlər
Karantin rejimi qaydalarını pozan sahibkar həbs edildi
Ölkəmizdə dövlət strukturlarının əhalinin sağlamlığının qorunması, digər sahələr üzrə xidməti fəaliyyətin təşkili istiqamətində səfərbər olunduğu vaxtda mövcud...