Bakıda “VAZ 2106” oğurlandı - FOTO

Bakıda “VAZ 2106” oğurlandı - FOTO
Foto
Hadisə 5

Bakıda “VAZ 2106” markalı maşın oğurlanıb.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə ötən gün səhər saat 5 radələrində, Binəqədi şosesi 15 ünvanında qeydə alınıb:

"Avtobus sürücüsü olan həyat yoldaşım maşını avtobus qarajında saxlayıb, işə gedib. Saat 11 radələrində iş yoldaşları maşınının dayanacaqda olmadığını deyib. Daha sonra 102 məlumat verilib, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində ərizə yazılıb. Bölmədə maşının "Kubinka" ərazisində göründüyü deyilib. Amma dünəndən bəri heç bir məlumat vermir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər