Damında tülkü gəzən uşaq bağçasının rəhbərliyindən AÇIQLAMA - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Biləcəri qəsəbəsində uşaq bağçasının ərazisində tülkü görünməsi ilə bağlı qurumdan açıqlama bildirilib.
298 nömrəli körpələr evi-uşaq bağçasından BAKU.WS-ə bildirilib ki, qeyd olunan məsələnin müvafiq qaydalar çərçivəsində həll olunması üçün aidiyyəti qurumlara məlumat veriləcək.
***16:48
Bakının Biləcəri qəsəbəsində uşaq bağçasının ərazisində tülkü peyda olub.
Bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə göndərilib.
Bildirilib ki, söhbət 298 saylı körpələr evi-uşaq bağçasından gedir. Görüntülərdən də aydın olur ki, tülkü bağçanın damında dolaşır.
"Bu ordakı uşaqların və işçilərin həyatı üçün təhlükəlidir", - deyə şikayətçi vurğulayıb.
Sözügedən kadrları təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...