Bakıda unikal OĞURLUQ: Kameraları qırdılar, marketi soydular, gedərkən məktub da yazdılar - VİDEO
17
apr
2022
09:19
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda marketlərin birində oğurluq hadisəsi baş verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, bu barədə sosial mediada görüntülər yayılıb.
Belə ki, gecə saatlarında baş verən hadisəni törədən şəxs (və ya şəxslər) qapıya müdaxilə edərək onu sındırıblar. Onlar kassadakı pulları və E-manat onlayn ödəniş sistemi aparatını qıraraq bütün pulu aparıblar.
Həmçinin, görüntülərdə kameraların da söküldüyü əks olunub. Oğru(lar) marketdən uzaqlaşmamışdan əvvəl “mühafizəyə keçin” yazılı vərəqəni də burada qoyublar.
Oxşar xəbərlər
"Etdiyin yanlış bağışlanmazdır" - Azərbaycanlı "qanuni oğru" niyə intihar etdi?
Bir neçə il öncə məşhur azərbaycanlı “qanuni oğru” Kiyev hava limanında intihar etdi.BAKU.WS “yenicag.az”a istinadən xəbər verir ki, o zaman bu ölüm epizodu ist...