Bakıda üçmərtəbəli binada yanğın olub

Bakıda üçmərtəbəli binada yanğın olub
Hadisə 62

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin yanar konstruksiyaları, 2-ci və 3-cü mərtəbələrarası taxta konstruksiyalar 10 m² sahədə yanıb.

BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

Qonşu mənzillər və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər