Bakıda tuneldə idarəetməni itirən “Mercedes” “Chevrolet”ə çırpılıb - FOTO

Hadisə 8

Bakının Nərimanov rayonunda tuneldə yol-nəqliyyat hadisəsi olub.

APA xəbər verir ki, qəza Ziya Bünyadov prospektində qeydə alınıb. İdarəetməni itirən “Mercedes” markalı avtomobilin sürücüsü maşını “Chevrolet” markalı avtomobilə çırpıb. Nəticədə “Chevrolet” tuneldəki beton maneəyə dəyib və minik vasitəsi deformasiyaya uğrayıb. Qəza səbəbindən metronun "Koroğlu" stansiyası istiqamətində sıxlıq yaranıb.

Yolda sıxlığın qarşısını almaq üçün qəzaya uğramış nəqliyyat vasitələri ərazidən uzaqlaşdırılıb.

Qəza yerinə polis əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.

Faktla bağlı araşdırma aparılır.

Bakıda tuneldə idarəetməni itirən “Mercedes” “Chevrolet”ə çırpılıb - FOTO

Bakıda tuneldə idarəetməni itirən “Mercedes” “Chevrolet”ə çırpılıb - FOTO

Bakıda tuneldə idarəetməni itirən “Mercedes” “Chevrolet”ə çırpılıb - FOTO

Bakıda tuneldə idarəetməni itirən “Mercedes” “Chevrolet”ə çırpılıb - FOTO

Bakıda tuneldə idarəetməni itirən “Mercedes” “Chevrolet”ə çırpılıb - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər