Bakıda toz dumanı müşahidə olundu, nazirlik açıqlama verdi
29
apr
2022
20:34
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün ölkə ərazisində transsərhəd çirklənmə müşahidə olunub.
BAKU.WS xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin əməkdaşı Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan saat 19:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəcikləri Bakı şəhərinin Xətai və Nizami rayonlarında 1,1, Səbail rayonunda isə 1,2 dəfə normadan çoxdur.
G.Abbasovanın sözlərinə görə, havada digər qaz qarışıqları norma daxilindədir.
Oxşar xəbərlər
Bakıdakı toz dumanı ilə bağlı AÇIQLAMA
Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyada...