Bakıda "Taxta bazarı"nda yanğın baş verib - FOTO
17
avq
2021
08:16
Bakının Nərimanov rayonunda “Taxta bazarı” adlanan tikinti materiallarının satışı bazarında yanğın baş verib.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.
Məlumata görə, ümumi sahəsi 126 m² olan talvarın yanar konstruksiyaları 63 m² sahədə, altına yığılan taxta materialları 10 m³ və ümumi sahəsi 4 m² olan köşkün yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Qalereya
Oxşar xəbərlər
Bakıda ev, Şəmkirdə sex yanıb
Nəsimi rayonunda bir-birinə bitişik tikilən birmərtəbəli evlərdən ümumi sahəsi 30 m² olan taxta konstruksiyalardan ibarət ev və içərisindəki əşyalar, ümumi sahə...