Bakıda tanınmış şadlıq sarayındakı toyda kütləvi dava: yaralılar var

Bakıda tanınmış şadlıq sarayındakı toyda kütləvi dava: yaralılar var
Hadisə 2134

Bakıda şadlıq sarayında kütləvi dava olub.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu ərazisindəki "Ağ çiçəyim" şadlıq evində baş verib.

Şadlıq evində keçirilən toy mərasimi zamanı tərəflər arasında mübahisə yaranıb ki, bu da kütləvi davaya səbəb olub. Hadisə nəticəsində 2 nəfər - 1982-ci il təvəllüdlü Ruslan Məmmədov və 1978-ci il təvəllüdlü Mirbəhrəm Abdullkayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə hadisə zamanı R. Məmmədovun burnu sınıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar aparılır.

Oxşar xəbərlər

Toyda kütləvi dava: Yaralananlar var

Toyda kütləvi dava: Yaralananlar var

Neftçalada toyda kütləvi dava olub.BAKU.WS Report-a istinadən xəbər verir ki, hadisə rayonun Günəşli kəndindəki şadlıq sarayında qeydə alınıb.Belə ki, toyda baş...

3048 Hadisə 10:09 06 sentyabr 2017

Son xəbərlər