Bakıda taksi sürücüsü ilə qadın sərnişin arasında gərginlik - Müştərini "əsir" aldı - VİDEO - YENİLƏNİB
Paytaxtda taksi sürücüsü ilə xanım sərnişin arasında gərginlik yaşanıb.
DİN-in mətbuat xidmətindən BAKU.WS-ə bildirilib ki, hadisədən məlumatlıdırlar. Məsələ araşdırılır.
***09:54
Paytaxtda taksi sürücüsü ilə xanım sərnişin arasında gərginlik yaşanıb.
BAKU.WS xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.
Belə ki, xanım sərnişin ünvana çatdıqdan sonra sürücüyə xəstəxanadan gəldiyini və üzərində pul olmadığını deyib. Daha sonra bildirib ki, evinə gəldiyi üçün sürücüyə pulu evdən götürüb verə bilər. Lakin görünən odur ki, sürücü xanımla razılaşmayıb. O, qapını bağlayaraq qadından pul tələb edib.
Hadisə ilə bağlı görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...