Bakıda sürücü bu görüntüyə görə həbs edildi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda avtoxuliqanlıq edən iki sürücünün videogörüntüləri Avtosfer.az saytında yayımlanmışdı.
Belə ki, aprelin 25-i paytaxtın Ziya Bünyadov və Qara Qarayev prospektində yüksək sürətlə hərəkət edən 10-UR-081 qeydiyyat nişanlı "Mercedes" markalı və 99-KX-530 qeydiyyat nişanlı "BMW" markalı avtomobillərin sürücüləri öz aralarında yarışıblar.
Onlar dəfələrlə avtomobillərin arasından keçərək həm ötmə, həm də manevr qaydasını kobud şəkildə pozublar. Bu hərəkətləri digər sürücülərə də təhlükə yaradıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata əsasən, iş üzrə sənədlər toplanılaraq məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə 10-UR-081 qeydiyyat nişanlı "Mercedes" markalı avtomobilin sahibi 1975-ci il təvəllüdlü Ağayev Namiq Mirzəbala oğlu barəsində 15 sutka inzibati həbs qərarı verilib.
Oxşar xəbərlər
Azyaşlı qızları maşınına mindirib dəfələrlə zorladı - Azərbaycanda ŞOK HADİSƏ
Zorlamada təqsirli bilinən Kəlbəcər rayonunun Mollabayramlı kəndində anadan olan 1988-ci il təvəllüdlü Namiq Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad v...