Bakıda SSRİ bayrağı qaldıranlar həbs olunub
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsin videogörüntüləri yayılıb.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, DİN tərəfindən keçirilən tədbirlərlə təşkilatçı şəxslər Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.
İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.
Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.
İstintaq tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
38 saylı poliklinikada rentgen kağızı elektrik "plitəsi" ilə quruduldu
Bakıda yerləşən 38 saylı poliklinikada rentgen kağızının elektrik "plitəsi" ilə qurudulub. Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub. Vətəndaşın...