Bakıda sobada başı yanan kişi vəfat etdi

Bakıda sobada başı yanan kişi vəfat etdi
Hadisə 184

Bakıda bir neçə ay əvvəl yanıq xəsarəti alan kişi ölüb.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, Nizami rayon sakini 69 yaşlı Zalov Heydər Mərdan oğlu bu ilin fevral ayında yıxılaraq sobanın üzərinə yıxılıb. Nəticədə o, başından ağır dərəcəli yanıq xəsarətləri alıb. Yaralı dərhal Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Zərərçəkmiş bir neçə ay burada müalicəsini davam etdirib. Lakin bütün müalicələrə baxmayaraq, o, iyulun 11-də həmin xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər