Bakıda şagird özünü məktəbin 2-ci mərtəbəsindən atıb - Səbəb AÇIQLANDI (YENİLƏNİB)

Bakıda şagird özünü məktəbin 2-ci mərtəbəsindən atıb  - Səbəb AÇIQLANDI (YENİLƏNİB)
Hadisə 1844
Bakıda şagirdin özünü məktəbin 2-ci mərtəbəsindən atmasının səbəbi məlum olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı şəhəri 273 nömrəli tam orta məktəbdən bildirilib ki, mayın 13-ü saat təxminən 11:20 radələrində tənəffüs zamanı, məktəbin VIII sinif şagirdi dərsdən qaçmaq məqsədilə II mərtəbədəki sinif otağının pəncərəsindən əvvəlcə çantasını, sonra özünü aşağı atıb.15:55:19Bakının Qaradağ rayonunda məktəbli 2-ci mərtəbədən yıxılıb.BAKU.WS ONA-ya istinadən xəbər verir ki, hadisə Sahil qəsəbəsində yerləşən 273 saylı tam orta məktəbdə qeydə alınıb.Məktəbin şagirdi, 14 yaşlı Dmitri Dusin 2-ci mərtəbədən yıxılıb. Yaralı dərhal xəstəxanaya aparılıb. Reanimasiyaya yerləşdirilən D.Dusinə diz qapağının sınığı, qol sümüyünün sınığı və kəllə-beyin travması diaqnozu qoyulub.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ONA-ya faktı təsdiqləyiblər. Bu barədə mətbuata açıqlama veriləcəyi bildirilib.

Son xəbərlər