Bakıda şadlıq evində yanğın olub
16
dek
2020
09:29
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakı şəhərinin Binəqədi rayonunda ikimərtəbəli şadlıq evinin birinci mərtəbəsində ümumi sahəsi 120 kvadrat metr olan dönər evinin mətbəxində 20 kisə odun kömürü, elektrik sayğacı, 10 ədəd elektrik qoruyucusu və 20 p. m kabel yanıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.
Bina yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
"EuroHome”dakı yanğın söndürüldü - VİDEO - YENİLƏNİB-1
Bu gün səhər saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome” tikinti materialları bazarında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi...