Bakıda sexdə yanğın olub
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonu, Ziya Bünyadov prospektində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tamet sexində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 150kv.m olan sexin dam örtüyünün taxta atmaları və içərisinə yığılmış rezin qəliblər 65kv.m sahədə yanıb.
Obyektin qalan hissəsi və bitişik obyektlər yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Bakıda 13 yaşlı qızın ölümü ilə nəticələnən AĞIR QƏZA
Bu gün saat 15 radələrində Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində faciəli yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Po...