Bakıda sevgilisinin azyaşlı övladını işgəncə ilə qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bakının Binəqədi rayonunda qeyri-rəsmi nikah münasibətində yaşadığı qadının azyaşlı övladını işgəncə verməklə qətlə yetirməkdə təqsirləndirilən Yaşar Abbasovun cinayət işi üzrə növbəti məhkəmə prosesi başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Yaşar Abbasov 18 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, bundan əvvəl keçirilən prosesdə çıxış edən prokuror Yaşar Abbasovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Yaşar Abbasov qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, onun doqquz yaşlı fiziki qüsurlu övladı Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilib.
Məlum olub ki, Y.Abbasov İpək Əhmədovanı döyməklə yanaşı, azyaşlı uşağa işgəncə verib. İşgəncə nəticəsində onu öldürüb.
Bundan başqa, Yaşar azyaşlının bədəninə damğa vurub. Onun bədəninə xəsarətlərlə yetirməklə yanaşı soyuq havada küçədə saxlayıb, üzərinə soyuq su töküb.
Yaşar Abbasova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə), 120.2.4, 120.2.9, 133.2.4-cü maddələri ilə ittiham irəli sürülüb. O, qeyri-rəsmi nikahda yaşadığı İpək Əhmədovanı döyməkdə, doqquz yaşlı fiziki qüsurlu oğlu Əli Seyidvəli oğlu Əhmədzadəni isə işgəncə verməklə qəsdən öldürməkdə təqsirləndirilir.
Zərərçəkən şəxsin hüquqi varisi olan anası hazırda məhkumdur. İpək Əhmədova narkotik vasitələrin qanunsuz istifadəsi ittihamı ilə həbs olunub.
Oxşar xəbərlər
Bakıda daha iki nəfər spirtdən zəhərlənib öldü - TƏBİB-dən AÇIQLAMA
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə fevralın 24-də saat 10-da Sabunçu rayonu, Məmmədyarov 28 ünvanından huşun itməsi səbəbilə, fevralın 2...
