Bakıda sevgilisini qətlə yetirən şəxsə HÖKM OXUNDU
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda tanışı olan qadını qətlə yetirməkdə təqsirləndirilən Samir Sadıqovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Samir Sadıqov 18 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, bu il fevralın 23-də saat 11 radələrində Xəzər rayonu ərazisində yaşadığı evdə Sevinc Cəfərovanın kəsici-deşici alətlə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.
Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsindən qadını qətlə yetirməkdə şübhəli bilinən tanışı Samir Sadıqov tutularaq istintaqa təhvil verilib.
Samir Sadıqovla Sevinc Cəfərova arasında sevgi münasibətinin olduğu bildirilib.
Oxşar xəbərlər
Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub
Bakıda qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub. BAKU.WS xəbər verir ki, bu barədə "report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmə...