Bakıda sərxoş piyadanı avtomobil vurub - FOTO

Bakıda sərxoş piyadanı avtomobil vurub - FOTO
Foto
Hadisə 1

Bakının Nəsimi rayonunda ağır yol qəzası baş verib.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə 3-cü mikrorayon dairəsində qeydə alınıb.

31 yaşlı Eşqin Əbilov dairədə piyadalar üçün əzərdə tutlmayan hissədən keçərkən yıxılıb. Bu zaman dairədə hərəkətdə olan “Toyota Prius” markalı maşının sürücüsü piyadanı vurub. Yaralı hadisə şahidləri və sürücünün köməkliyi ilə təcili tibbi yardım briqadasına təhvil verilib.

Təcili Təxirə Salınmaz Tibbi Yardım Xidmətinin həkiminin verdiyi məlumata görə, yaralı ağır dərəcəli sərxoşdur. O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hadisəni törədən sürücünün izahatı alınıb.

Fakt üzrə araşdırma aparılır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər