Bakıda sərnişin avtobusu iki maşınla toqquşdu
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS xəbər verir ki, bu haqda "Unikal.az" məlumat yayıb.
Belə ki, Binəqədi qəsəbəsində 45 nömrəli xətt üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu iki "Hyundai" markalı avtomobillə toqquşub.
Qəza zamanı nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
45 saylı xətt üzrə daşıyıcı şirkətin nümayəndəsi Afis Mikayılov açıqlamasında bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
"Qəza avtobusun qarşısına digər nəqliyyat vasitəsinin qəfil çıxması səbəbindən baş verib. İdarəetmədən çıxan avtobus 2 avtomobilə toxunub və nəqliyyat vasitələri zədələnib. Bununla bağlı sığorta şirkətinə məlumat verilib, hadisə yerinə baxış keçirilib. Xəsarət alan olmayıb".
Oxşar xəbərlər
Vəzifəli şəxs vəfat etdi
Ağsuda tanınmış həkim vəfat edib. Bu barədə Ağsu Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib. Bildirilib ki, xəstəxanada həkim-otorinolarinqoloq kimi fəaliyyə...