Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə oktyabrın 25-də axşam saatlarında Binə qəsəbəsi, “Badam bağları” yaşayış sahəsində qeydə alınıb.
Belə ki, 1976-cı il təvəllüdlü Müslüm Əhmədovun idarə etdiyi 169 nömrəli marşrut xətti üzrə “Daewoo” markalı sərnişin avtobusu yolu keçən piyadanı – 1985-ci il təvəllüdlü Zaur Ələkbərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Oxşar xəbərlər
Şəhid qızını avtomobillə vuraraq öldürən iş adamının oğluna 6 il həbs cəzası
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə...