Bakıda sərnişin avtobusu minik avtomobili ilə toqquşdu, ölən və xəsarət alan var
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda ölümlə və xəsarətlə nəticələnən ağır yol qəzası olub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, hadisə keçmiş “Komsomol dairəsi” kimi tanınan ərazidə qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili sərnişin avtobusu ilə toqquşub. Toqquşmadan sonra minik avtomobili yol kənarındakı dəmir maneələrə çırpılıb. İlkin məlumata görə, qəza nəticəsində azı 1 nəfər ölüb, xəsarət alan var.
Ölən və xəsarət alanın şəxsiyyətləri dəqiqləşdirilir.
Hadisə yerinə təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda 5 nəfərin öldüyü qəzadan dəhşətli görüntülər - YENİLƏNİB - VİDEO
Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb. BAKU.WS "report”a istinadən xəbər verir ki, hadisə rayonun Alekseyevka kən...