Bakıda sərnişin avtobus sürücüsünü döydü
18
iyl
2022
08:51
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bakının Sabunçu rayonunda avtobusda dava düşüb.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə ötən axşam saat 23:00-da Zabrat qəsəbəsində qeydə alınıb.
118B marşut xətti üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü, 1977-ci il təvəllüdlü Qorçiyev Əziz Cəmil oğlu avtobusda olan sərnişinlə mübahisə edib. Mübahisə zamanı sürücü döyülərək ağır bədən xəsarətləri alıb. O, 3 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Mübahisənin səbəbi hələ ki məlum deyil.
Faktı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
Oxşar xəbərlər
Sərxoş avtobus sürücüsü polisə tabe olmadı, marşurutdan çıxdı – VİDEO
Bakıda səhər saatlarında sərxoş vəziyyətdə içi sərnişinlərlə dolu avtobusu idarə edən sürücüsü yol polisləri tərəfindən saxlanılıb.Bu barədə Daxili İşlər Nazirl...