Bakıda səfirlik maşını yolu keçən piyadanı vurdu
08
apr
2022
20:43
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Modern.az"a istinadən xəbər verir ki, 052 D 003 KİA markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub.
Hadisə Üzeyir Hacıbəyli küçəsilə Azadlıq prospektinin kəsişməsində qeydə alınıb.
Avtomobilin Macarıstan səfirliyinə məxsus olduğu bildirilib.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli Modern.az-a açıqlamasında hadisənin baş verməsini təsdiqləyib. O bildirib ki, xoşbəxtlikdən piyada yüngül xəsarət alıb.
Oxşar xəbərlər
Bakıda yük avtomobili ilə avtobus toqquşdu: 5 ölü - YENİLƏNİB - VİDEO
Heydər Əliyev Beynəlxalq Hava Limanı - Mərdəkan avtomobil yolunun Suraxanı dairəsi adlanan hissəsində baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı 5 nəfər ölüb....