Bakıda saxta dollar satmaq istəyən dəstə İFŞA OLUNDU
Bakıda polis saxta dollar satan dəstənin üzvlərini saxlayıb.
BAKU.WS xəbər verir ki, Nizami RPİ-nin əməkdaşları paytaxtda saxta dollar satan dəstə üzvlərinin saxlanılması məqsədilə əməliyyat keçirib.
Nəticədə qeyd edilən əməli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Həmin şəxslər paytaxt ərazisində ümumilikdə 25 min 200 dollar saxta əskinası satmağa çalışıblar.
Ekspert rəyi ilə müəyyən edilib ki, pul əskinaslarının müdafiə nişanları saxlanılan şəxslər tərəfindən xüsusi üsullarla saxtalaşdırılıb.
Dəstənin ölkə daxili və xaricində olan digər üzvlərinin də saxlanılması istiqamətində əməliyyatlar davam etdiyindən saxlanılan şəxslərlərin ad və soyadını qeyd etmək məqsədəmüvafiq hesab edilmir.
Araşdırmalar aparılır.
Qalereya
Oxşar xəbərlər
Şəhanəni amansızlıqla qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş
Sumqayıt şəhərinin Corat qəsəbəsində baş verən amansız qətlin dəhşətli təfərrüatı məlum olub. BAKU.WS Musavat.com-a istinadla xəbər verir ki, həyat yoldaşını am...