Bakıda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanılıb

Bakıda satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxs saxlanılıb
Video
Hadisə 271

Bakının Nizami rayonunda "Şərab evi"ndə satıcını bıçaqla hədələyib kassa aparatını ələ keçirən şəxsi polis saxlayıb.

Bu barədə BAKU.WS-ə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, martın 6-da axşam radələrində paytaxtın Nizami rayonunda yerləşən şərab evlərinin birində quldurluq hadisəsi qeydə alınıb. Belə ki, naməlum şəxsin həmin yerdə çalışan 21 yaşlı satıcını kəsici-deşici alətlə hədələyərək içərisində 1000 manat pul olan kassa aparatını talaması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən 29 yaşlı Xəyal Yusifov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər