Bakıda “Range Rover” 3 maşına çırpılıb, xəsarət alan var - FOTO

Bakıda “Range Rover” 3 maşına çırpılıb, xəsarət alan var - FOTO
Foto
Hadisə 249

Bakının Nizami rayonunda yol qəzası baş verib.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, hadisəyə yüksək sürət səbəb olub.

Belə ki, “Range Rover” markalı avtomobilin sürücüsü Qara Qarayev prospektində yüksək sürətlə metronun “Neftçilər” stansiyası istiqamətində hərəkətdə olarkən sükana nəzarəti itirib.

İdarəetmədən çıxan “Range Rover” eyni istiqamətdəki “Changan” markalı nəqliyyat vasitəsinə çırpılıb.

Zərbənin təsirindən “Changan” da “Hyundai”a çırpılıb.

Qəza zamanı “KIA” markalı avtomobilə də ziyan dəyib. “Changan”da olan sərnişin xəsarət alıb.

Fakt üzrə Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Son xəbərlər