Bakıda qırmızı işığa məhəl qoymayan “Hyundai” dəhşətli qəza törətdi - ANBAAN VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda baş verən dəhşətli qəzanın görüntüləri yayılıb.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, hadisənin videosu sosial şəbəkədə paylaşılıb.
Qəza paytaxtın Sabunçu rayonu, Maştağa qəsəbəsində Kanal adlanan ərazidə qeydə alınıb.
“Hyundai” markalı avtomobilin sürücüsü işıqforun qırmızı işığına məhəl qoymayıb və yolayrıcına daxil olub. Bu zaman “Hyundai” işıqforun yaşıl işığında dönmə əməliyyatını yerinə yetirən “Opel” markalı avtomobilə çırpılıb.
Videonu paylaşanlar hadisənin aprelin 7-də baş verdiyini və qəza zamanı bir nəfərin öldüyünü bildiriblər.
Oxşar xəbərlər
Bakının “qaydasız” sürücüləri - VİDEO
Bakıda bir neçə sürücünün yol-hərəkət qaydalarını kobud şəkildə pozmasının görüntüləri yayılıb. BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, sosial şəbəkədə yayı...